Xiaomi Mi Play təqdim olundu


Digərləri 27 Dek 2018 08:05:00 260 0

Xiaomi Mi Play təqdim olundu

Gözlənildiyi kimi, "Xiaomi" şirkəti bu gün Çində "Xiaomi Mi Play" adlı smartfonunu təqdim edib.   Son.az ICTnews-a istinadən bildirir ki, smartfon "Full HD" (2280x1080 piksel) formatında tərəflər nisbəti 19:9 olan 5,84 düymlük ekran, 8 meqapiksellik ön və 12 meqapiksellik ikiqat arxa kamera ilə təchiz edilib. Arxa paneldə barmaq izləri skaneri quraşdırılıb.   Bundan başqa, sözügedən aparat 2,3 QHs takt tezlikli 8 nüvəli "MediaTek Helio P35" prosessoru, 4 QB əməli və 64 QB daxili fləş yaddaşla təchiz edilib. Akkumulyator batareyasının tutumu 3000 milliamper/saat təşkil edir.   Smartfon "MIUI 10" interfeysli "Android 8.1 Oreo" əməliyyat sisteminin idarəetməsi altında işləyir. Qurğunun ölçüsü 147,76x71,89x7,8 mm, çəkisi isə 150 qr-dır. 2 ədəd SİM kart, "4G VoLTE", "Wi-Fi 802.11 a/b/g/n", "Bluetooth 4.2", "GPS + QLONASS" texnologiyaları dəstəklənir.   "Xiaomi Mi Play" aparatı qara, göy və qızılı-çəhrayı qradiyent rənglərdə 159 dollara təklif edilir.