Yeni Nokianın texniki özəllikləri sızdırıldı


Digərləri 27 Dek 2018 07:52:00 207 0

Yeni Nokianın texniki özəllikləri sızdırıldı

Slashleaks saytı TA1124 nömrəli yeni büdcəli Nokia modelinin texniki göstərici məlumatlarını təqdim edib. Smartfonun tam adı hələki bilinmir. Yeni büdcəli Nokia modelinin ölçüsü böyük olacaq. Belə ki, smartfon 6 düym ekrana sahib olacaq. Qeyd etmək lazımdır ki, HMD Global şirkətinin Nokia smartfonlarındakı ekran üzərində çıxıntı hissə özəlliyindən imtina etməsi səbəbilə bu yeni smartfonun ekranında da çıxıntı hissə olayacaq.

Son.az technote.az-a istinadən bildirir ki, əsas texniki göstəricilərə gəldikdə isə Slashleaks saytının verdiyi məlumata əsasən yeni büdcəli Nokia modeli Snapdragon 439 prossessoru, 2 GB RAM, 32 GB daxili yaddaş həcmi (microSD dəstəkli), 3400 mAh enerji tutumlu batareya, 12 MP + 5 MP ikili arxa kamera və 8 MP-lik ön kamera ilə təchiz olunacaq. Smartfon Android 9.0 Pie əməliyyat sistemi vasitəsilə çalışacaq. Son.az