Kirin 985 prosessoru hazırlanır


Digərləri 27 Dek 2018 07:41:00 267 0

Kirin 985 prosessoru hazırlanır

Hələ bir neçə müddət bundan öncə Huawei şirkəti özünün Kirin 980 adlı flaqman prosessorunu təqdim etmişdi. Həmin prosessoru lk öncə Mate 20 və Mate 20 Pro smartfon modelləri əldə etmişdilər. Lakin indi məlum olub ki, şirkət yaxın zamanda öz yeni prosessorunu təqdim edəcək. XDA Developers saytının redaktorunun sözlərinə əsasən şirkət Kirin 985 prosessoru üzərində çalışır.

Son.az technote.az-a istinadən bildirir ki, şirkət 2016-cı ildə artıq belə bir adlandırmadan istifadə etmişdi. Belə ki, həmin ildə o, Kirin 955 prosessorunu təqdim etmişdi və həmin prosessoru P9 smartfonu əldə etmişdi. Prosessorun sonundakı 5 rəqəmi onu bildirirdi ki, Kirin 955 prosessoru əvvəlki modeldən o qədər də çox fərqlənmir. Çox güman ki, Kirin 985 prosessoru ilə də bu cür olacaq. Kirin 980-dən fərqli olaraq yeni prosessorun çalışma tezliyi və enerji effektivliyi yüksələ bilər.