“Çudo Peçka”nın sahibinin şikayəti əsasında məhkəmə başladı


Digərləri 27 Dek 2018 07:45:00 261 0

“Çudo Peçka”nın sahibinin şikayəti əsasında məhkəmə başladı

Bakı Apellyasiya Məhkəməsində "Çudo Peçka" və "ÇP Aqro" MMC-lərin təsisçisi Çingiz Cəlilovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmənin ilkin baxış iclası keçirilib.

Son.az oxu.az-a istinadən bildirir ki, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə iclası yanvarın 14-nə təyin edilib.