“Maşın şou”: Səmra qaldı,


Şou-biznes 27 Dek 2018 07:05:00 382 0

“Maşın şou”: Səmra qaldı,

"Maşın şou. Hind kinosu" davam edir.

Son.az oxu.az-a istinadən bildirir ki, şoudan çıxmağa namizəd ifaçı Səmra Rəhimli idi.

O, rəqibini açıqlamayaraq sonadək duruş gətirə bildi. Aparıcı Murad Dadaşov Səmrayə işarə edirdi ki, kor-koranə oyun çox təhlükəlidir. Lakin Rəhimli titanik səbr nümayiş etdirdi.

Və budur Səmra yenə tribuna qarşısındadır və səsvermənin nəticəsi elan olunur. Tamaşaçıların 79,05 faizi ifaçının şouda qalmasına səs verdi. Gurultulu alqışlar, Səmranın göz yaşları və yenə sakitçilik. Onun şoudakı "qurbanı" kim olacaq?

"Mən bu insanı çox sevirəm, o çox yaxşıdır. Lakin bu, oyundur, Xose bu sənsən", - deyə titrəyən səslə Səmra bildirdi.


Xəbərə aid fotolar