""Gəl, bir hormonal dərman yazım, düzələcək" deməklə müalicə olmaz" Baş endokrinoloqdan həkimlərə irad


Digərləri 26 Dek 2018 23:12:00 270 0

""Gəl, bir hormonal dərman yazım, düzələcək" deməklə müalicə olmaz"  Baş endokrinoloqdan həkimlərə irad

Səhiyyə Nazirliyinin baş endokrinoloqu, professor Rafiq Məmmədhəsənov son zamanlar hər xırda problemdə pasiyentlərə hormonal tərkibli preparatların yazılmasına həvəsli olan həkimlərə iradını bildirib.

Son.az medicina.az-a istinadən xəbər verir ki, professor bildirib ki, hormonal təsirli preparatlar yalnız o halda tətbiq oluna bilər ki, artıq bundan başqa həkimin əlində digər vasitə, çıxış yolu qalmayıb:

"Hormonlar özü-özünü tənzimləyir. Əvvəl elə bilirdilər, hormonal funksiyanın tənzimləsinin baş orqanı hipofizdir. Sonra gördülər yox, beynin hipotalamus adlanan hissəsi hipofizin də fəaliyyətinə nəzarət edir. Hər şeyi  o tənzimləyir. Axşam 9-10-da yeyirsən, yatdın, 12 saat acdır xəstə, bəs niyə şəkər aşağı düşmür. Qaraciyər yatmır, siqnal gedir, işləyir.