Yeni il depressiyası Bayramda ağlayanların dərdi


Digərləri 26 Dek 2018 22:59:00 396 0

Yeni il depressiyası  Bayramda ağlayanların dərdi

Yeni ilin gəlişi ilə birgə bayram depressiyası adlanan bir dönəm də başlayır. İnsanlar köhnə ilin son günlərində tələs-tələsə, qaça-qaça düşsələr də, bayrama hazırlaşsalar da, bayram şənliklərinə qatılsalar da, bir çoxunun üzündən belə depressiv sindrom hiss olunur.

Tibdə belə bir sindrom var: Yeni il depressiyası.

Son.az medicina.az-a istinadən bildirir ki, məhz bu günlərdən daha da artan, kəskinləşən depressiya Yeni il başlayar-başlamaz intiharlara səbəb olur. Ona görə bütün dünyada hər il yeni il bayramlarından sonra, yanvarın 3-dən 10-na kimi günlərdə daha çox özünəqəsd faktları qeydə alınır. 

Bu problemlə bağlı Daniyada aparılan elmi araşdırma sübut edib ki, Milad və Yeni il şənliklərindən sonra maksimal həddə çatan intihar edənlərin içində müxtəlif statuslu və yaş qrupunda insanlar olur.

Xəstəliyin səbəbi

İlk olaraq, onu qeyd edək ki, ilin son ayında keçirilən Yeni il ərəfəsi ilin ən qaranlıq, gecələri uzun olan günlərinə təsadüf edir. 22 dekabrdan daxil olan uzun gecə, qısa gündüz tsikli onsuz da depressiyaya meyilli, yorğun, xüsusən D vitamini az olan insanların olan-qalan enerjisini də azaldır. 

Qida menyusunda meyvə, tərəvəz, lazımi elementlər olmayan insan isə getdikcə özünü pis hiss etməyə başlayır. 

Qurulan yeni bəzəklərini, musiqiləri, şənlikləri gördükcə, təqvimin dəyişməsinə sayılı günlər qaldığını gördükcə, insanın göz önündən istədiklərinin, gözlədiklərinin reallaşmadığı, xəyalları ilə yaşadığının üst-üstə düşmədiyi ötən bir il boşluq kimi görünür, yenə də nələrisə itirdiyinə görə təəssüf və peşmanlıq hissləri üstün gəlir. 

Şaxta baba, Yolka, qar,şənlik yalnız uşaqların doya-doya yaşadığı anlardır. 

Yeni il depressiyasını artıran daha bir məqam maliyyə,yəni pul və ya pulsuzluqdur. Çünki bu bayram əlavə xərclər tələb edir. İstədiyinə istədiyi qədər pul xərcləyə bilməyən insan güclü emosional stress keçirir. 

Üçüncü səbəb isə tənhalıqdır. Çox insan Yeni ildə tək olduğunu bir daha anlayır. Bu günlərdə həyat yoldaşının, sevgilinin, hətta çox yaxın bir dostun, yoldaşın olmaması daha çox hiss olunur. 

Çox insanlar iş kollektivi, ailə, qohum-qonşu olsa da Yeni ili təkliyə qapılaraq, tək keçirmək istəyir və keçirir.