Buz küpləriylə bahalı maska effekti Dərini dartır, gözaltı kölgələri məhv edir


Digərləri 26 Dek 2018 23:05:00 349 0

Buz küpləriylə bahalı maska effekti  Dərini dartır, gözaltı kölgələri məhv edir

Su içmək orqanizm və dəri üçün əhəmiyyətli olduğu kimi, onun donmuş forması da dəri təmizliyi üçün çox faydalıdır. Buz dərini gərir, daha parlaq edir. 

Son.az medicina.az-a istinadən bildirir ki, mütəxəssislər makiyaj etməzdən əvvəl buzla üzün təmizlənməsinin daha gözəl görüntü yaratdığı qənaətinə gəliblər. 

Odur ki, makiyaj vasitələrindən istifadə etməzdən əvvəl dərinizin daha sıx və canlı olmasını istəyirsinizsə, o zaman üzünüzə mütləq buz çəkin. Tonal kremin istifadəsindən əvvəl dərinizi yeniləmək üçün bir parça buzu üzünüzə sürtməyiniz kifayət edər. 

Şişkinlik və gözaltı kölgələri aradan qaldırmaq üçün buz yaxşı vasitədir.

Bunun üçün yaşıl çay dəmləyin. Dəmləməni buz qabına tökərək dondurun. Səhər yuxudan oyandıqda üzünüzdə şişkinliklər və göz altında qaraltılar varsa, o zaman onları hazırladığınız buz vasitəsilə aradan qaldırmaq mümkündür. 

Qaşlarınızı almadan əvvəl buz ilə sürtsəniz həmin nahiyə keyiyəcək

Əgər qaşlarınızı aldırarkən incidirsə, onda almağa başlamazdan əvvəl onların üzərinə bir parça buz sürtün. Bu yolla yalnız ağrını azaltmış olmursunuz, həmçinin də qızartı və şiş də aradan qalxır.