Amur Dövlət Universiteti tələbə peyki buraxacaq


Digərləri 26 Dek 2018 22:51:00 520 0

Amur Dövlət Universiteti tələbə peyki buraxacaq

Rusiyanın Amur Dövlət Universiteti 2020-ci ildə 22 kiloqram kütləyə malik peyk buraxmağı planlaşdırır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, peykin texniki modelinin yığımı 2019-cu ilin mayında, sınaqlar isə oktyabr ayında olacaq. Bu, Rusiya ali məktəblərinin yeddinci tələbə peyki olacaq. Artıq "Roskosmos" tələbə peykinin buraxılmasına ilkin razılıq verib. "ASRTU MicroSat Mission" adlandırılan kosmik aparat kamera ilə təchiz ediləcək. Onun 550 kilometr hündürlüyündə orbitə çıxarılması planlaşdırılır.