Alimlərin qənaətinə görə İndoneziyada sunami vulkanın yaratdığı sürüşmə nəticəsində baş verib


Dünya 26 Dek 2018 22:41:00 330 0

Alimlərin qənaətinə görə İndoneziyada sunami vulkanın yaratdığı sürüşmə nəticəsində baş verib

Yapon alimlərin qənaətinə görə, ötən şənbə İndoneziya sahillərində yaranan sunami vulkanın yaratdığı torpaq sürüşməsi nəticəsində baş verib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, süni peykdən çəkilən fotolar sürüşmə nəticəsində vulkanın bir hissəsinin okeana doğru yerini dəyişdiyini təsdiq edir.

Yaponiya Geoməkan İnformasiya Bürosunun əməkdaşları Krakatau adasında baş verən topoloji dəyişiklikləri tədqiq ediblər. Tədqiqat nəticəsində adanın vulkanın yerləşdiyi cənub-qərb hissəsində əsaslı diyişikliklərin baş verdiyi qeydə alınıb. Belə ki, sahil dağılıb, krater isə yoxa çıxıb. Bu isə o, deməkdir ki, vulkanik sektor dağılıb.