Yüksək təzyiqi salmaq üçün sınanmış təbii vasitələr


Digərləri 26 Dek 2018 22:44:00 475 0

Yüksək təzyiqi salmaq üçün sınanmış təbii vasitələr

Yüksək təzyiq insan sağlamlığına ciddi ziyan vurur, həyatını qısaldır.

Bu səbəbdən təzyiqə daim nəzarət etmək və onu normada saxlamaq çox vacibdir.

Bəzi təbii vasitələr bu işdə çox yaxşı kömək edir. Belə ki, limon, sarımsaq və bal qarışığı ən effektli vasitələrdən biri sayılır.

Son.az saglamolun.az-a istinadən bildirir ki, rusiyalı həkim-fitoterapevt Nina Sokolova bu qarışığın reseptini paylaşıb. 1 stəkan bal, 3 limon və 10 diş sarımsağı götürün. Sarımsağı və limonları (qabıqlı) blenderdə əzin, bal əlavə edin, yaxşı qarışdırın. Qarışığı 1 həftə qaranlıq yerdə saxlayın. Daha sonra gündə 3 dəfə 1 ç.q. olmaqla qəbul edin.