İran 3 milyon barrel neftini birjada satacaq


Dünya 26 Dek 2018 22:20:00 545 0

İran 3 milyon barrel neftini birjada satacaq

İranın Neft Nazirliyi 3 milyon barrel xam nefti Tehran Enerji Birjasında satışa çıxarmağa hazırlaşır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə İranın neft naziri Bijən Namidar Zəncənə deyib. Nazir bildirib ki, 3 milyon barrel neftin Tehran Enerji Birjasında satılması üçün müvafiq orqanlarından lazımi icazələr alınıb: "Neftin birjada satışı gələn həftə həyata keçiriləcək. Üç milyon barrel neftin birjada rial ilə satışına dair bütün icazələr alınıb. İstəyə uyğun olaraq birjada neft satışı digər valyutalarla da təşkil ediləcək".