Yeni ildə ölkəyə gələn turistləri nə gözləyir? Hotellərdəki şouların QİYMƏTLƏRİ


Digərləri 26 Dek 2018 22:00:00 449 0

Yeni ildə ölkəyə gələn turistləri nə gözləyir?  Hotellərdəki şouların QİYMƏTLƏRİ

Yeni il ərəfəsində Azərbaycana gələn turistlərə hotel və restoranlarda keçirilən şənliklərlə bağlı müxtəlif paketlər təqdim olunacaq.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Dövlət Turizm Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Kənan Quluzadə deyib. K.Quluzadənin sözlərinə görə, xidmətlərdən asılı olaraq qiymətlər dəyişir.

"Bakıda və regionlarda Yeni illə bağlı kütləvi şənliklər keçiriləcək. Bundan əlavə biz Hotellər və Restoranlar Assosiasiyasından məlumat almışıq ki, hotellərin çoxunda Yeni il münasibətilə şoular təşkil olunacaq və bunlar paket şəklində turistlərə təqdim ediləcək. Qiymətlər isə xidmət növlərindən, hotellərin kateqoriyasından və əlbəttə şounun zənginliyindən asılı olaraq dəyişir. Minimum qiymət 40 manatdır. Ən bahalı şou paketləri isə 1000 manatdan yuxarıdır".

K.Quluzadə bildirib ki, ölkəyə turist axınında da artım müşahidə olunur və bu tendensiyanın gələn il də davam edəcəyi gözlənilir:

"Rəsmi statistikaya görə, son 11 ayda ölkəyə gələn turistlərin sayında 6% artım var. Öz araşdırmalarımız da göstərir ki, artım yeni il və qış ayları üçün də bu şəkildə davam edəcək".