Alında çıxan sızanaq nədən xəbər verir? Bəs yanaqda? Xəstəliyini özün müəyyən et


Digərləri 26 Dek 2018 21:35:00 718 0

Alında çıxan sızanaq nədən xəbər verir? Bəs yanaqda?  Xəstəliyini özün müəyyən et

Üzümüzün fərqli hissələrində yaranan sızanaqlar bir sıra xəstəliklərin əlaməti ola bilər. Belə ki, mütəxəssislər sızanaqların üzdə yerləşmə mövqeyinə görə xəstəlikləri təyin etməyin mümkün olduğunu deyir. 

Son.az medicina.az-a istinadən üzdə yaranan sızanaqların hansı xəstəliklərin xəbərçisi olmasını açıqlayır:

1. Alın hissə 

Alında sızanaq çıxması tez-tez rast gəlinən bir hal olsa da ciddi xəstəliklərdən xəbər verir. Belə ki, alında çıxan sızanaqlar stress, yuxusuzluq kimi əlamətlərə səbəb olan qaraciyər, həzm sistemi xəstəliklərindən xəbər verir. 

2. Çənə

Çənə hissədə olan sızanaqlar hormonal disbalansın göztəricisidir. 

3.Üzün kənarları 

Aparılan araşdırmaya görə, üzün kənarlarında yaranan sızanaqlar hormonal pozuntu səbəbindən yaranır. İstifadə etdiyiniz kremlər də yaranmasına səbəb ola bilər. Bu zaman kosmetik vasitələrinizi və kremlərinizi dəyişdirməkdə fayda var.