Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdədir


Siyasət 26 Dek 2018 21:26:00 362 0

Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdədir

Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkindən Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir: "Hörmətli İlham Heydər oğlu. Doğum gününüz münasibətilə Sizi Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin rəhbərliyi adından və şəxsən öz adımdan təbrik edirəm. Sizə ali dövləti vəzifənizdə bundan sonra da səmərəli fəaliyyət, möhkəm cansağlığı, yaradıcılıq ilhamı, gümrahlıq və firavanlıq arzu edirəm.

Fürsətdən istifadə edib, Rusiya və Azərbaycanın təhlükəsizliyinin təmin edilməsi və milli maraqların müdafiəsi, MDB məkanında sülhün və sabitliyin qorunub saxlanılması üçün ölkələrimizin xüsusi xidmətləri arasında qarşılıqlı əlaqələrin inkişafına göstərdiyiniz daimi diqqət və dəstəyə görə Sizə minnətdarlığımı bildirmək istəyirəm".

X X X

Sloveniyanın Lyublyana şəhərinin meri Zoran Yankoviçdən Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

Məktubda deyilir: "Hörmətli cənab Prezident. Doğum gününüz münasibətilə Sizi Lyublyana şəhər rəhbərliyi adından və şəxsən öz adımdan təbrik edirəm. Həyatınız sevincli və xoşbəxt günlərlə dolu olsun.

Sizə və doğmalarınıza unudulmaz anlar, xoşbəxtlik, möhkəm cansağlığı diləyirəm".

X X X

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Bağdad Amreyevdən Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

Məktubda deyilir:"Möhtərəm Prezident. Doğum gününüz münasibətilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası adından və şəxsən öz adımdan Sizi ürəkdən təbrik edir, ən səmimi arzu və diləklərimi çatdırıram.

Liderliyiniz və uğurlu siyasətiniz sayəsində Azərbaycan Respublikası regionun ən inkişaf etmiş ölkəsinə çevrilib və hər keçən gün dünya səhnəsində yerini və nüfuzunu daha da möhkəmləndirir.

Eyni zamanda, Türk Şurasına Sizin daimi dəstəyinizi məmnuniyyətlə qeyd edir və vurğulamaq istərdim ki, verdiyiniz mühüm töhfələr nəticəsində türkdilli dövlətlər arasında çoxtərəfli əlaqələrimiz yeni mərhələyə qədəm qoyub.

Zati-aliləri, bu xoş fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, firavanlıq, ailə səadəti diləyir və ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzulayıram".

X X X

Rusiya Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Azərbaycan Klubunun sədri Murad Məmmədov:

"Hörmətli İlham Heydər oğlu. Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Sizin sayənizdə Azərbaycanın beynəlxalq əlaqələri genişlənir, beynəlxalq arenada Vətənimizin mövqeləri möhkəmlənir, Azərbaycan iqtisadiyyatının inkişafı üçün bir sıra mühüm investisiya layihələri həyata keçirilir. Dövlət qurumlarında da mühüm dəyişikliklər baş verir, korrupsiyaya qarşı hər sahədə mübarizə gedir, dövlət idarəçiliyi sistemi təkmilləşdirilir.

Hələ görüləsi işlər çoxdur, lakin biz əminik ki, Sizin bütün ideyalarınızı həyata keçirməyə gücünüz çatacaq.

Hörmətli İlham Heydər oğlu, icazə verin bu əlamətdar gündə Sizə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Azərbaycan Klubunun bütün üzvləri adından ən xoş arzularımı bildirim. Sizə möhkəm cansağlığı, etibarlı və sədaqətli həmməsləklər və böyük səadət diləyirəm".

X X X

Rusiya Federasiyasının "Perm Azərbaycan Milli-Mədəni Muxtariyyəti" İctimai Təşkilatının sədri Çingiz İsayevdən:

"Hörmətli İlham Heydər oğlu. Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Bu gün Azərbaycan Sizin müdrik rəhbərliyinizlə həyatın və cəmiyyətin bütün cəhətlərinin modernləşdirilməsi yolunda dinamik surətdə irəliləyir. Sizin zəngin siyasi təcrübəniz və yüksək peşəkarlığınız Azərbaycan xalqının rifahı naminə mürəkkəb məsələləri qətiyyətlə və ardıcıl olaraq həll etməyə imkan verir. Siz dünya arenasında uzaqgörən siyasətiniz sayəsində Azərbaycanın milli mənafelərini xüsusi bacarıqla, qətiyyətlə müdafiə edirsiniz. Bu, regional və beynəlxalq gündəlikdəki ən mühüm məsələlərin həllində fəal rol oynayır.

Cənab Prezident, icazə verin fürsətdən istifadə edərək Sizi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn Yeni, 2019-cu il münasibətilə təbrik edim, Sizə möhkəm cansağlığı və Azərbaycan Respublikasının rifahı naminə yeni yüksək nailiyyətlər diləyim".

X X X

Rusiyanın Voronej şəhərindəki "Xəzər Azərbaycan İcması" vilayət ictimai təşkilatının idarə heyətinin sədri Eldar Sadıqovdan:

"Hörmətli İlham Heydər oğlu. Doğum gününüz münasibətilə Sizi Voronejdəki "Xəzər Azərbaycan İcması" vilayət ictimai təşkilatı adından ürəkdən təbrik edirəm, Sizə səmimi arzularımı bildirirəm.

Azərbaycan Sizin uzaqgörən rəhbərliyinizlə qazandığı nailiyyətlər sayəsində regionun ən çox inkişaf etmiş ölkəsinə çevrilib, öz uğurlarına görə beynəlxalq aləmdə dünya birliyinin fəal üzvü kimi nüfuz qazanıb.

Sizin mühüm töhfənizin və yürütdüyünüz uğurlu siyasətin nəticəsi kimi, dünya azərbaycanlılarının birliyi daha da möhkəmlənir.

Diaspor təşkilatlarına göstərdiyiniz dəstəyə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Sizə möhkəm cansağlığı, tükənməz enerji, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə uğurlar diləyir, bir daha ürəkdən təbrik edirəm. Qoy doğma Azərbaycanın yeni qələbələri naminə bütün planlarınız həyata keçsin!

Fürsətdən istifadə edib Sizi qarşıdan gələn bayramlar - 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə ürəkdən təbrik edirəm".

X X X

"Sankt-Peterburqun və Leninqrad vilayətinin Azərbaycan Milli-Mədəni Muxtariyyəti" Şəhər İctimai Təşkilatının sədri Vaqif Məmişovdan:

"Hörmətli cənab Prezident. Doğum gününüz münasibətilə "Sankt-Peterburqun və Leninqrad vilayətinin Azərbaycan Milli-Mədəni Muxtariyyəti" Şəhər İctimai Təşkilatı Şurasının bütün üzvləri adından və şəxsən öz adımdan Sizi səmimi qəlbdən təbrik edirəm.

Sizin əzmkarlıqla qəbul etdiyiniz qərarlar sayəsində Azərbaycan Respublikasının müasir simasını formalaşdıran bir sıra çox mühüm dəyişikliklər həyata keçirilib. Siz dövlət başçısı olduğunuz müddətdə Azərbaycanda milyonlarla həmvətəninizin səmimi rəğbətini və hörmətini, habelə xaricdə böyük nüfuz qazanmısınız. Sizi, haqlı olaraq güclü lider, müdrik siyasi xadim və istedadlı dövlət xadimi nümunəsi hesab edirlər. Rusiyada Sizi dostluq və mehriban qonşuluq ənənələrinə əsaslanan Rusiya-Azərbaycan əməkdaşlığının bütün kompleksinin genişləndirilməsinin davamlı tərəfdarı kimi tanıyırlar. Şəxsən Sizin dəstəyinizlə energetika, sənaye və infrastruktur sahələrində iri müştərək layihələr həyata keçirilir, ölkələrimizin ictimai strukturları və biznes cəmiyyətləri xətti ilə intensiv dialoq aparılır.

Bu il dekabrın 6-da Sankt-Peterburqda Sizinlə görüşümüzü səmimiyyətlə xatırlayıram. Etimada əsaslanan maraqlı ünsiyyətimizi davam etdirməyə şad olaram, bunu özümə şərəf sayaram.

Hörmətli cənab Prezident, bu əlamətdar gündə Sizə və yaxınlarınıza səmimi qəlbdən möhkəm cansağlığı, sülh və firavanlıq, Azərbaycan dövlətinin və xalqının rifahı naminə yeni uğurlar, zəfərlər arzu edirəm".

X X X

Kiyev şəhərindən "Azərbaycan-Ukrayna" Beynəlxalq Alyansının sədri Elmar Məmmədovdan:

"Hörmətli cənab Prezident. Sizi doğum gününüz münasibətilə "Azərbaycan-Ukrayna" Beynəlxalq Alyansının adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.

Sizə cansağlığı, xoşbəxtlik, firavanlıq, Azərbaycan xalqının rifahı naminə çoxşaxəli və məsul fəaliyyətinizdə yeni uğurlar diləyirəm".

X X X

Gürcüstanın Bolnisi şəhərindəki "Borçalı İrəli" İctimai Birliyinin İdarə Heyətinin sədri Məhəbbət İmanovdan:

"Möhtərəm cənab Prezident. Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm. Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoş günlər, ailə səadəti və suveren Azərbaycanın firavanlığı naminə yeni zəfərlər diləyirəm.

Hörmətli cənab Prezident, bu gün Gürcüstan və Azərbaycan arasındakı dostluq, mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətləri biz Gürcüstan azərbaycanlılarını, eyni zamanda, gürcü ictimaiyyətini hədsiz dərəcədə sevindirir. Təməli dünya azərbaycanlılarının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş müasir Azərbaycanın qüdrətlənməsi və tərəqqisi, eyni zamanda, dünyada və regionda etibarlı tərəfdaş kimi qəbul olunması Sizin adınızla bağlıdır. Gürcüstanda yaşayan minlərlə azərbaycanlı gənc Sizin müdrik siyasətiniz sayəsində Tbilisinin ali təhsil müəssisələrində təhsil alır və müasir gürcü cəmiyyətinə inteqrasiya edir.

Möhtərəm cənab Prezident, Odlar Yurdu Azərbaycanımızda Sizin yürütdüyünüz sülh və inkişaf siyasətini, tolerantlıq, multikulturalizm dəyərlərini, Azərbaycan həqiqətlərini gürcü ictimaiyyətinə və müasir gürcü gəncliyinə yüksək səviyyədə çatdırırıq.

Hörmətli cənab Prezident, Sizi doğum gününüz münasibətilə bir daha səmimi qəlbdən təbrik edirəm. Ulu Tanrı Sizi, ailənizi və Odlar Yurdu Azərbaycanımızı qorusun!

X X X

Azərbaycanlı və Ukraynalı Ziyalılar Assambleyasının sədri, tarix elmlər doktoru Fərhad Turanlıdan Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir: "Möhtərəm Prezident. Sizi doğum gününüz münasibətilə təbrik edir, Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayıram. Xaricdə ictimai, elmi və lobbiçilik fəaliyyəti göstərən vətənpərvər soydaşlarımız əmindirlər ki, Sizin müdrik siyasətiniz nəticəsində Vətənimiz daha böyük uğurlar əldə edəcək, birliyimiz güclənəcək.

2001-ci ildə Bakı şəhərində keçirilən Dünya Azərbaycanlılarının I Qurultayında Ulu Öndərimizin bütün azərbaycanlıları birliyə çağırması, tarixi Vətənimizi unutmamağımızı, zəngin və qədim mədəniyyətimizi ləyaqətlə təmsil etməyimizi, Azərbaycan dilinin mükəmməl öyrənilməsi və öyrədilməsini tövsiyə etməsi soydaşlarımızı milli fikir ətrafında birləşdirən ən güclü amillərdən biri oldu. Onun Gülüstan sarayında qurultay iştirakçılarına söylədiyi "İnsan Vətəndə doğma torpağından, qürbətdə isə birliyindən qüvvət alır" müdrik kəlamının dərin mənası və böyük əhəmiyyəti var".