Dünya çempionundan xeyirxah addım: "Uşaqların gülümsədiyini görəndə qəlbim rahatlıq tapır"


İdman 26 Dek 2018 21:30:00 298 0

Dünya çempionundan xeyirxah addım: "Uşaqların gülümsədiyini görəndə qəlbim rahatlıq tapır"

Juventus-un və Fransa millisinin yarımmüdafiəşisi Blez Matyuidi DÇ-2018-dən əldə etdiyi pul mükafatının bir hissəsini xeyriyyə məqsədilə xərcləyib.

Goal.az xəbər verir ki, futbolçu uşaq evinə 330 min dollar bağışlayıb.

“Mbappe düz deyir. Biz futbolçular çox pul qazanırıq. 330 min bizim üçün böyük məbləğ deyil. Amma ehtiyacı olanların əlindən tutur. Onları sevindirir. Əsas odur ki, hər şeyi ürəkdən edəsən. Ətrafda baş verənlərə biganə qalmaq olmaz. Uşaqların gülümsədiyini görəndə qəlbim rahatlıq tapır. Məncə, futbolçuların əksəriyyəti xeyriyyəçilik edə bilər. Maddi imkanları buna çatır”,- fransız deyib.