2018ci ildə dünya əhalisinin sayı 83 milyon nəfər artıb


Digərləri 26 Dek 2018 21:14:00 275 0

2018ci ildə dünya əhalisinin sayı 83 milyon nəfər artıb

2019-cu ilin astanasında dünya əhalisinin sayı 7,5 milyard nəfəri ötəcək. Yola saldığımız 2018-ci ildə dünya əhalisinin sayı 83 milyon nəfər artıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, gələn ilin yanvarında planetimizin əhalisinin sayı 7 milyard 674 min 575 nəfər olacaq. Ölüm və doğum məlumatlarını müqayisə edən fondun əməkdaşları belə qənaətə gəliblər ki, dünyada insanların sayı hər saniyə 2,6 nəfər artır. Əslində, əhalinin sayında gəncləşmə müşahidə olunur. Belə ki, planetimizdə yaşayanların dörddəbiri 15 yaşınadək, 65 faizi 15-64 yaş arası, 9 faizi isə 64 yaşdan yuxarı insanlardır.

Fondun hesabatında diqqətə çatdırılır ki, 1804-cü ildə dünya əhalisi 1 milyard nəfər, 1927-ci ildə iki milyard nəfər, 1969-cu ildə 3 milyard nəfər olub. Qeyd olunur ki, 2050-ci ildə 9,8 milyard nəfərə, 2100-cü ildə isə 11,2 milyard nəfərə çatacaq dünya əhalisinin sayı planetimizdə ciddi problemlərə səbəb ola bilər.


Xəbərə aid foto