Qadınlarda sidik qaçırmanın xalq təbabəti vasitələri ilə müalicəsi


Digərləri 26 Dek 2018 21:20:00 461 0

Qadınlarda sidik qaçırmanın xalq təbabəti vasitələri ilə müalicəsi

Sidik qaçırma əsasən qadın problemi sayılır. Sidiyi saxlaya bilməmək halı həyat üçün təhlükəli olmasa da ciddi tibbi-sosial və psixoloji bir problemdir.

Bu problem qadınların həyat və iş ritminə çox pis təsir edir, bu vəziyyətə alışmaq əksər hallarda çox çətin olur və ya mümkün olmur. Qeyri-iradi sidik ifrazı əsəb sisteminə islaholunmaz zədələr vurur.  Xəstəlik bəzən çox ciddi psixi və emosional pozuntularla müşahidə olunur ki, nəticədə sosial dezadaptasiyaya (cəmiyyətdən qaçmağa, təcrid olunmağa) gətirib çıxara bilər:

Qadınlarda sidik qaçırma dedikdə, bərkdən öskürmək, gülmək, asqırmaq zamanı, habelə hər hansı səbəb üzündən qarın və çanaq əzələlərinə güc, təzyiq düşdüyü zaman qadının özündən asılı olmayaraq sidik qaçırması nəzərdə tutulur. Statistika göstərir ki, 30 yaşdan sonra hər 3 qadından biri bu problemlə üzləşir. Təəssüf ki, qadınların əksəriyyəti bu haldan utanaraq həkimə müraciət etmir.

Bu pozulmanın əsas səbəblərindan biri sidik kisəsinin və sidik yollarının xroniki iltihablarıdır.    

Xalq təbabətində bu pozulma ilə mübarizə etmək üçün bir çox vasitələr var.

Son.az saglamolun.az-a istinadən belə vasitələrdən bəzilərini təqdim edir.

1. Bağayarpağı dəmləməsi

1 x.q. quru bağayarpağı otunu 1 stəkan qaynar suda 30 dəqiqə dəmləyin, süzün. Gün ərzində 2 dəfə yarım stəkan olmaqla için. Qəbul etdikdən əvvəl dəmləməyə 1 çay qaşığı bal əlavə edin.

2. Qatırquyruğu dəmləməsi