Cənubi Afrika Respublikasında vergi sistemi


Digərləri 26 Dek 2018 21:05:00 245 0

Cənubi Afrika Respublikasında vergi sistemi

Cənubi Afrika Respublikasında 3-ü əmək, 2-si gəlir, digər 4-ü isə başqa sahələrlə bağlı 9 vergi növü mövcuddur. Gəlir vergisi - 30 faiz, ƏDV - 14 faiz təşkil edir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, CAR-ın vergi sistemi ərazi mənbələrinə əsaslanır. Bütün vergilər yalnız "daxili" mənbələr üzrə ödənilir. Hər şey ona əsaslanır ki, bu ölkədə CAR ərazisindən kənarda əldə edilən heç bir gəlir vergiyə cəlb olunmur. Bu həm rezidentlərə, həm də qeyri-rezidentlərə şamil olunur.

Adətən CAR hüdudlarından kənarda yaşayan fiziki şəxslər və bu Afrika ölkəsindən kənarda idarə olunan və nəzarət edilən hüquqi şəxslər dövlət səhmləri və qiymətli kağızları üzrə faizlər əldə ediblərsə, vergi ödəmirlər. Bundan əlavə, bu ölkənin ərazisindən kənarda minimum 183 gün yaşayan CAR vətəndaşları da həmin faizlərdən vergi ödəmirlər.