Mehman Hüseynov leytenanta xəsarət yetirib, onun barəsində yeni cinayət işi açılıb


Digərləri 26 Dek 2018 20:56:00 479 0

Mehman Hüseynov leytenanta xəsarət yetirib, onun barəsində yeni cinayət işi açılıb

Dekabrın 26-da 14 saylı cəzaçəkmə müəssisəsində plan üzrə aparılan növbəti ümumi axtarış-baxış tədbirləri zamanı məhkum Hüseynov Mehman Rafiq oğlu müəssisənin Rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Abdalov Əli Ələddin oğlunun qanuni tələblərinə tabe olmayaraq ona qarşı zor tətbiq edib, fiziki müqavimət göstərərək sonuncuya bədən xəsarəti yetirib, xidməti otaqda olan əşyaları dağıdaraq sındırıb.

Son.az bildirir ki, bu barədə "Report"a Penitensiar xidmətdən məlumat verilib.