Hərbi rejim bitdi:


Dünya 26 Dek 2018 19:59:00 534 0

Hərbi rejim bitdi:

Hərbi vəziyyətin bitməsi və ya uzadılmasından asılı olmayaraq, Rusiya ilə Ukrayna arasında mövqe toqquşmaları davam edəcək.

Son.az bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

"Ukrayna 1 ay əvvəl Rusiyanın Azov dənizində yeni təxribatlar törədəcəyindən və Donbasda toqquşmaları genişləndirəcəyindən ehtiyat edərək ölkədə hərbi vəziyyət elan etmək məcburiyyətində qalmışdı. Rusiyanın Ukraynaya məxsus gəmilərin heyətini hələ də həbsdə saxlaması rəsmi Kiyevin haqlı qərar verdiyini ortaya qoydu. Bu mənada Ukraynaya təhdidlər hələ də qalmaqdadır, çünki Rusiya ilə münasibətlərdə gərginlik davam edir. Rusiya ilə Ukrayna arasında mövqe toqquşmaları davam edəcək", - siyasi şərhçi bildirib.

E.Şahinoğlu qeyd edib ki, Rusiya Ukrayna ilə müharibəyə başlamaq niyyətində deyil:

"Çünki Rusiya anlayır ki, Ukrayna ilə müharibə Rusiyaya qarşı növbəti sanksiya dalğasına yol aça bilər. Buna görə də hər iki tərəf Azov olayından sonra müəyyən qədər soyuqqanlı davranmağa və geri addım atmağa çalışır".

Politoloq onu da əlavə edib ki, Ukrayna müxalifəti hərbi vəziyyətin daha bir neçə ay uzadılmasının əleyhinədir: