Dövlət Komitəsinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib (FOTO)


Digərləri 26 Dek 2018 19:54:00 216 0

Dövlət Komitəsinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib (FOTO)

Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi və kollektivi 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə əlaqədar Fəxri xiyabanda ümumilli lider Heydər Əliyevin məzarını ziyarət edib.

Bakı. Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi və kollektivi 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə əlaqədar Fəxri xiyabanda ümumilli lider Heydər Əliyevin məzarını ziyarət edib. Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, qurumun kollektivi və diaspor nümayəndələri ümumilli liderin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil və gül dəstələri qoyub. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı önünə gül dəstələri qoyulub.