"Qarabağ münaqişəsini həll etmək lazımdır"


Dünya 26 Dek 2018 19:39:00 296 0

"Qarabağ münaqişəsini həll etmək lazımdır"

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistanın baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyanın Ankara ilə əlaqələri normallaşdırmağa dair bəyanatını şərh edib, Sputnik Ermənistan "Ermənihaber"-ə istinadən xəbər verir. 

Son.az bildirir ki, daha əvvəl Paşinyan parlament seçkilərindən sonra rəsmi Yerevanın qeyri-şərtsiz Ankara ilə əlaqələri normallaşdırmağa hazır olduğunu bildirib.

Lakin Çavuşoğlu deyib ki, bununla bağlı Türkiyə rəhbərliyinin öz şərti var: "Məgər biz Azərbaycan üçün həssas olan məsələləri nəzərə almadan nəsə addım ata bilərik? Əlaqələri eyni vaxtda həm Türkiyə, həm də Azərbaycanla problemləri həll etməklə normallaşdırmaq lazımdır. Qarabağ məsələsini, işğal olunmuş torpaqlar məsələsini həll etmək lazımdır", - deyə Çavuşoğlu vurğulayıb.

Onun sözlərinə görə, əgər Ermənistan izolyasiyada yaşamaq istəmirsə, onda mövcud problemləri həll etmək lazımdır.

Xatırladaq ki, Türkiyə Qarabağ məsələsində Azərbaycana dəstək olaraq 1993-cü ildə Ermənistanla sərhədi bağlayıb.

Son.az