Trampın 7 yaşlı qızın əhvalını pozması sosial şəbəkə istifadəçilərini hiddətləndirdi


Dünya 26 Dek 2018 19:29:00 267 0

Trampın 7 yaşlı qızın əhvalını pozması sosial şəbəkə istifadəçilərini hiddətləndirdi

Hər il keçirilən "NORAD Santa" aksiyasında ABŞ prezidenti Donald Tramp təəccüblənib ki, onun həmsöhbəti olan 7 yaşlı qızcığaz hələ də Santa-Klausa inanır.

Dövlət başçısı qeyd edib ki, 7 yaş bu "Milad qocası"na inanmaq üçün həddən artıq böyük yaşdır. Söhbətinin sonunda prezident gülümsəyərək əlavə edib: "Yaxşı, əylən".

Son.az Virtualaz.org-a istinadən bildirir ki, Trampın bu hərəkəti sosial şəbəkələrin istifadəçilərini hiddətləndirib. Onlar prezidentə ünvanlanmış qeydlərində onu azyaşlı uşağı alçaltdığı üçün ittiham ediblər.

"ABŞ prezidentinin vəzifə öhdəlikləri neonasistləri ittiham etməkdən çəkinmək, fırtına qurbanlarını alçaltmaq, 7 yaşlı uşağın Milad bayramını dağıtmaqdır", - @thedailybeast yazır.