Əfqanıstanda prezident seçkiləri təxirə salınıb


Dünya 26 Dek 2018 18:48:00 280 0

Əfqanıstanda prezident seçkiləri təxirə salınıb

Əfqanıstan Müstəqil Seçki Komissiyası gələn il aprelin 20-nə təyin olunmuş prezident seçkilərini üç ay təxirə salacaq.

Son.az Report-a istinadən xəbər verir ki, bu barədə dekabrın 27-də rəsmi olaraq məlumat veriləcək.

Vaxtın dəyişdirilməsi bu ilin oktyabr ayında keçirilən parlament seçkiləri zamanı ortaya çıxan texniki və təşkilati çətinliklərin qarşısını almaq üçün seçki qurumlarının yenidən qurulması, habelə "Taliban" hərəkatı ilə sülh razılaşmasına dair danışıqlara hazırlıqlarla bağlıdır.