Tovuzda “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisinə 5 milyon manat ayrılıb


Digərləri 26 Dek 2018 18:03:00 251 0

Tovuzda “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisinə 5 milyon manat ayrılıb

Prezident İlham Əliyev Tovuz rayonunda “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi haqqında sərəncam imzalayıb.

Bakı. Prezident İlham Əliyev Tovuz rayonunda “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, Tovuz rayonunda “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.52.4-cü yarımbəndində göstərilmiş məbləğin 5 milyon manatı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ayrılsın. Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək. Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılır. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin