Gürcüstan Prezidenti: "Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə siyasi, iqtisadi və mədəni sahələrdə yüksək inkişaf dinamikasına nail olub"


Siyasət 26 Dek 2018 17:54:00 307 0

Gürcüstan Prezidenti: "Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə siyasi, iqtisadi və mədəni sahələrdə yüksək inkişaf dinamikasına nail olub"

Gürcüstanın Prezidenti Salome Zurabişvili Prezident İlham Əliyevi təbrik edib.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq hissi duyuram.

Bu əlamətdar gündə qeyd etmək xoşdur ki, Azərbaycan Respublikası Sizin rəhbərliyinizlə irəliləyiş və tərəqqi əldə etmiş, eləcə də siyasi, iqtisadi və mədəni sahələrdə yüksək inkişaf dinamikasına nail olmuşdur. İcazə verin, bir daha bildirim ki, Gürcüstan Azərbaycanla dostluq əlaqələrinin və qarşılıqlı faydalı münasibətlərin inkişafına çox böyük önəm verir. Əminəm ki, Gürcüstan və Azərbaycan arasında olan uzunmüddətli dostluq və strateji tərəfdaşlıq birgə səylərimizlə ölkələrimizin ortaq maraqları naminə gələcəkdə daha da möhkəmlənəcək və dərinləşəcək.

Fürsətdən istifadə edərək, Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə göstərdiyiniz davamlı dəstəyə görə Sizə minnətdarlığımı bildirmək istərdim.

Zati-aliləri, xahiş edirəm Sizə olan ən yüksək ehtiramımı qəbul edəsiniz. Sizə xoşbəxtlik, möhkəm cansağlığı və dost Azərbaycan xalqının əmin-amanlığı və rifahı naminə önəmli işlərinizdə daha böyük müvəffəqiyyətlər arzu edirəm.