Fədayə Laçın məhkəmədə oxudu: "Xatırlayarsan, məni"


Digərləri 26 Dek 2018 17:19:00 323 0

Fədayə Laçın məhkəmədə oxudu: "Xatırlayarsan, məni"

Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi təyinatlı vaqondan məhbusların qaçmasında təqsirləndirilən müğənni Fədayə Laçın, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev, Penitensiar Xidmətin üç əməkdaşı-qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov, Əli Ağami, Günay Atakişiyeva, taksi sürücüsü Məhəmməd Hacıyevlə yanaşı, Aqil Nəcəfov, Anar Əsgərov, İsrafil Soltanov, Şahmar Bəyəlizadə və Tərlan Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Ceyhun Səmədov son söz deyib. O, məhkəmədən barəsində ədalətli qərar çıxarılmasını istəyib.

Digər təqsirləndirilən şəxslər - Tural Poladxanov və Fuad Hacıyev də son sözlə çıxış edərək, barələrində şərti cəza seçilməsini istəyib.

Hakimlər Kollegiyası hökmü elan etmək üçün müşavirəyə gedib.

Hakimlər müşavirədə olarkən müğənni Fədayə Laçın məhkəmədə "Xatırlayarsan, məni" mahnısını ifa edib.