Bakıda 9-cu sinfi bitirə bilməyən 116 nəfər attestat almaq üçün imtahan verdi (FOTO)


Digərləri 26 Dek 2018 17:16:37 492 0

Bakıda 9-cu sinfi bitirə bilməyən 116 nəfər attestat almaq üçün imtahan verdi (FOTO)

Dekabrın 26-da Bakı şəhəri üzrə eksternat imtahanları başa çatıb.

Bakı. İlhamə İsabalayeva - Bakı şəhəri üzrə eksternat imtahanları başa çatıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, imtahanda əvvəlki illərdə ümumi təhsil məktəblərində oxuyub ümumi orta təhsil səviyyəsini (IX) bitirə bilməyən şəxslər iştirak edib. Paytaxtdakı 258 nömrəli tam orta məktəbdə təşkil olunan imtahana 116 nəfər qatılıb. Eksternlər hərəsində 10 sual olmaqla 2 gün ərzində 12 fənn (Ana dili, ədəbiyyat, kimya, fizika, riyaziyyat, xarici dil, coğrafiya, informatika, həyat bilgisi, Azərbaycan tarixi, ümumi tarix, biologiya) üzrə imtahan veriblər. Rus bölməsi üzrə təhsil almış şəxslər isə əlavə olaraq daha 1 fəndən də (Azərbaycan dili) sınaqdan keçiblər.