Nazir: "Bu il Azərbaycan idmançıları 753 medal qazanıb"


Digərləri 26 Dek 2018 16:34:00 247 0

Nazir: "Bu il Azərbaycan idmançıları 753 medal qazanıb"

"2018-ci ildə Azərbaycanda idman sahəsində gözlənilən nəticələr əldə edilib. Prezident İlham Əliyevin rəhbərliyi altında bütün sahələrdə olduğu kimi idmanda da böyük uğurlar əldə olunub, ölkəmiz bu sahədə də beynəlxalq nüfuz qazanıb".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu gənclər və idman naziri Azad Rəhimov 2018-ci ilin idman yekunlarına həsr olunmuş tədbirdə deyib.

A.Rəhimov bildirib ki, dövlət başçısının idmana göstərdiyi diqqət və qayğı idmançılarımızın beynəlxalq yarışlarda qələbə qazanmasına zəmin yaradır.

Nazir vurğulayıb ki, 2018-ci ildə dünya, Avropa çempionat və birinciliklərində, kubok yarışlarında və beynəlxalq turnirlərdə Azərbaycan idmançıları 263 qızıl, 230 gümüş və 260 bürünc olmaqla ümumilikdə 753 medal qazanıb.

A.Rəhimov əlavə edib ki, Buenos-Ayresdə keçirilmiş Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında iştirak etmək üçün idmançılarımız tərəfindən 17 lisenziya əldə edilib və 3 qızıl, 1 gümüş və 3 bürünc medal olmaqla ümümi 7 medal qazanılıb.