SOCARın Türkiyədəki neftkimya kompleksinin rəhbərliyində yeni təyinatlar


Digərləri 26 Dek 2018 16:29:00 285 0

SOCARın Türkiyədəki neftkimya kompleksinin rəhbərliyində yeni təyinatlar

Mehmet Bostan SOCAR-a məxsus Türkiyənin "Petkim" neft-kimya kompleksinin Direktorlar Şurasının müstəqil üzvü təyin olunub.

Son.az Trend-ə istinadən xəbər verir ki, bundan əvvəl M.Bostan Türkiyə Aktivlər Fondunun rəhbəri olub, eləcə də bir sıra rəhbər vəzifələrdə çalışıb.

Bundan başqa, 2019-cu il yanvarın 1-dən baş direktorun yeni müavini işə başlayacaq. Bu vəzifəyə Əli Semih Şansal təyin olunub. Həmin tarixdən Nihat Gürbüz "Petkim"in texniki direktoru kimi işə başlayacaq.