Sulşeri məsum sifətli qatilə bənzətdi


İdman 26 Dek 2018 16:14:00 325 0

Sulşeri məsum sifətli qatilə bənzətdi

Manchester United-in keçmiş futbolçusu Pol İns əmindir ki, “qırmızı şeytanlar” çempionatı ilk “4-lükdə” başa vura bilməyəcək.

Goal.az xəbər verir ki, klub hazırda liderdən 8 xal geri qalır. İns deyib: “ Baş məşqçi Sulşerin birinci mətbuat konfransını izlədim. Bir udum təmiz hava almağa oxşayırdı. Sulşer yaxşı danışır. İnsanların eşitmək istədiklərini deməyi bacarır. Amma dəyişməyib. Əvvəlki kimi “məsum sifətli qatilə “ bənzəyir. Düşünürəm ki, Manchester United top-4-də yer ala bilməyəcək. Buna əminəm. Premyer Liqada zəif rəqib yoxdur. Keçmiş klubum barədə bu cür danışmaq mənim üçün xoş deyil. Lakin həqiqət budur”.