2018də Azərbaycanda hər kəsi yasa boğdular:


Şou-biznes 26 Dek 2018 15:49:00 339 0

2018də Azərbaycanda hər kəsi yasa boğdular:

İlin yekunları ilə əlaqədar olaraq ötən il vəfat edən sənət adamlarını xatırlamışıq.

Son.az publika-ya istinadən  2018-ci ildə Azərbaycan mədəniyyətində yaşanan itkiləri təqdim edir:

Zərnigar Ağakişiyeva

Azərbaycanın teatr və kino aktrisası, Xalq artisti Zərnigar Ağakişiyeva 72 yaşında fevralın 8-i Yasamal rayonunda yaşadığı evdə vəfat edib. Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin nəticələrinə görə, tənha yaşayan aktrisa ürək tutmasından keçinib.

Tahir Əkbər

Azərbaycanın tanınmış bəstəkarı, Əməkdar incəsənət xadimi Tahir Əkbər bu ilin martında 72 yaşında beyin insultundan dünyasını dəyişib.

Fuad Poladov

Azərbaycanın Xalq artisti Fuad Poladov mayın 4-də 69 yaşında xərçəngdən dünyasını dəyişib.

Yuri Baliyev

Azərbaycanın Xalq artisti, Səməd Vurğun adına Dövlət Rus Dram Teatrının aktyoru Yuri Baliyev martın 27-də uzun sürən xəstəlik nəticəsində 69 yaşında dünyasını dəyişib.

Xanlar Məhərrəmov

Uzun müddət qaraciyər çatışmazlığından əziyyət çəkən aşıq Azər Xanlaroğlu mayın 12-də müalicə aldığı xəstəxanada vəfat edib.

Xəyyam Mirzadədə

Azərbaycanın Xalq artisti, Əməkdar incəsənət xadimi, görkəmli bəstəkar Xəyyam Mirzəzadə 30 iyulda uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Böyükağa Məmmədov

Ömrünün 61 ilini Azərbaycan rəqs sənətinə həsr edən Xalq artisti Böyükağa Məmmədov yanvarın 17-də 90 yaşında həyatını itirib.

Ədalət Ziyadxanov

Uzun müddər ruhi xəstəxanada müalicə alan tanınmış teatr rejissoru Ədalət Ziyadxanov sentyabrın 13-də dünyadan köçüb.

Anar Nağılbaz

Uzun müddət şəkər xəstəliyindən əziyyət çəkən məşhur reper avqustun 3-də vəfat edib. Spirtli içkini həddən artıq qəbul etməsi səbəbindən daxili qanaxma keçirən A.Nağılbaz xəstəxanada keçinib.