Sahibkarlara faiz subsidiyasının verilməsi gələn il də davam etdiriləcək


Digərləri 26 Dek 2018 15:46:00 420 0

Sahibkarlara faiz subsidiyasının verilməsi gələn il də davam etdiriləcək

Dövlət tərəfindən sahibkarlara faiz subsidiyasının verilməsi 2019-cu ildə də davam etdiriləcək

Bakı. Dövlət tərəfindən sahibkarlara faiz subsidiyasının verilməsi 2019-cu ildə də davam etdiriləcək. İpoteka və Kredit Zəmanət Fondundan Trend-ə verilən məlumata görə, Prezidentin 2018-ci il 25 dekabr tarixli Fərmanı ilə sahibkarların manatla aldıqları kreditlər üzrə faizlərə görə subsidiyaların verilməsi 2019-cu ilin sonunadək uzadılıb. Mövcud Qaydalara əsasən faiz subsidiyası sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı sahibkarların müvəkkil banklardan manatla aldıqları və Fondun zəmanət verdiyi kreditlər üzrə ödənilməli olan faizlərin bir hissəsinə görə dövlət tərəfindən əvəzsiz verilən maliyyə vəsaitidir.