İsveçdə əcnəbilərə Azərbaycan musiqilərini tədris edən pianoçu FOTO


Digərləri 26 Dek 2018 15:31:00 275 0

İsveçdə əcnəbilərə Azərbaycan musiqilərini tədris edən pianoçu  FOTO

Bir millət haqqında hansısa təsəvvürə malik olmaq istəyirsənsə, öncə onun mədəniyyətinə, incəsənətinə nəzər salmalısan. Etiraf etmək lazımdır ki, Azərbaycan xalqının zəngin tarixi, mədəniyyəti və incəsənəti var. Son 20 ildə Azərbaycan xalqı dünyanın başqa ölkələri ilə inteqrasiya olunur. İnteqrasiya proseisndə öz dəyərlərini, mədəniyyətini təqdim edir. Vətənini sevən hər bir azərbaycanlının üzərinə xaricdə Azərbaycanı yüksək səviyyədə təmsil etmək düşür. Bu gün xeyirxah missiyanı İsveçdə aparan insanlardan biri də Vüsalə Bağırovadır.

Vüsalə xanım neçə illərdir ki, İsveçdə Azərbaycan musiqilərini tədris edir. O, Azərbaycanda Soltan Hacıbəyov adına Sumqayıt musiqi kollecində Təranə Şahmərdanovadan piano dərsi alıb. Kolleci bitirdikdən sonra Neftçala rayonunda musiqi müəllimi kimi çalışıb. 10 ildir İsveç Krallığının Stokholm şəhərində yaşayır. 4 ildir ki, Stokholmda musiqi məktəbində pianodan dərs deyir. Azərbaycanlı uşaqlarla yanaşı, ispan, çinli və isveçli, rus millətlərinin də tələbələri var.

Onlardan biri də bu günlərdə Azərbaycanın xalq mahnısı olan "Sarı gəlini" ifa edən çinli uşaq Amberdir. Məqsəd Azərbaycan musiqisinin xaricilərin dili ilə daha geniş təbliğidir. Çinli tələbə Amberdir dərslərdə iştirak etməkdən məmnundur.

"Vüsalə müəllimə bizə bütün dünya musiqilərindən, tarixindən və ölkələrin milli geyim mədəniyyətindən də əlavə məlumat verir. Azərbaycan milli geyiminin gördükdən və musiqisini eşitdikdən sonra mən, məhz bu geyimdə "Sarı gəlin" mahnısını konsertdə ifa etmək istədim və bunu etdim. Çox da alqış aldım", - deyə Amber təəssüratlarını bölüşür.


Xəbərə aid fotolar