Makronun çıxışı zamanı GÖZLƏNİLMƏZ HADİSƏ:


Digərləri 26 Dek 2018 14:41:00 294 0

Makronun çıxışı zamanı GÖZLƏNİLMƏZ HADİSƏ:

Fransa prezidenti Emmanuel Makron Çadın paytaxtı N'Dcamenada xidmət edən fransalı əsgərlərə xitab etdiyi sırada qəribə hadisə baş verib.

Son.az xəbər verir ki, prezidentin çıxışından sonra Fransanın milli marşı səsləndirilib və o əsnada Makronun yanında dayanan bir əsgər huşunu itirib.

Makron öncə təəccüblənib. Daha sonra onun yanında gözləyərək durumu müşahidə edib. Huşunu itirən əsgərə digər əsgərlər kömək edib.

Hadisə çıxışı və milli marşı canlı yayımla verən Makronun şəxsi Tvitter hesabından saniyə-saniyə görüntülənib.