Rusiya Səhiyyə Nazirliyi siqaret satışını qadağan etmək istəyir


Dünya 26 Dek 2018 14:27:00 432 0

Rusiya Səhiyyə Nazirliyi siqaret satışını qadağan etmək istəyir

Rusiya Səhiyyə Nazirliyi 2019-cu ildən 2030-cu ilədək tütün məmulatlarının istehlakına qarşı dövlət siyasəti konsepsiyası layihəsi hazırlayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, sənədə əsasən, əsas məqsəd 2050-ci ilədək tütün məmulatlarından istifadəni tədricən azaltmaqdır. Nazirlik, həmçinin tütün məhsullarının mərhələli şəkildə dövriyyədən çıxarılması variantına baxır.

Qurumdan bildiriblər ki, Rusiya əhalisinin təqribən 1/3-i - 40 milyondan çox insan siqaret çəkir. Qiymətləndirməyə əsasən, 2040-2050-ci ilədək bu zərərli vərdişə mübtəla olan vətəndaşların sayı 5 faizə qədər azaldılmalıdır ki, bu da tütün məmulatlarının satışını dayandırmağa imkan verəcək.

Nazirlik hesab edir ki, siqaret satışından büdcəyə daxilolmalar tütün istehlakından yaranan xəstəliklərin qarşısının alınmasına sərf olunan vəsaitdən xeyli azdır. Həmçinin qeyd olunur ki, siqaret çəkməyən vətəndaşlarda əmək qabiliyyəti və ömür uzunluğu artır, xəstəlik müddəti isə azalır.