Bakıdan həkim briqadası aparan təcili yardım maşını traktorla toqquşdu:


Digərləri 26 Dek 2018 14:12:45 275 0

Bakıdan həkim briqadası aparan təcili yardım maşını traktorla toqquşdu:

Ağcabədi rayonunda yol qəzası baş verib.

Son.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Avşar kəndində qeydə alınıb.

Belə ki, Aslan Şəmşir oğlu Məmmədovun idarə etdiyi "Wolkswagen" markalı təcili tibbi yardım maşını ilə "T-28" markalı traktor toqquşub. Nəticədə traktor yoldan çıxaraq aşıb, sürücüsü isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun şəxsiyyəti dəqiqləşdirilir. 

Məlumata görə, təcili tibbi yardım maşını Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına Bakı şəhərindən həkim birqadası gətirirmiş. 

Faktla bağlı araşdırma aparılır. 


Xəbərə aid fotolar