Azərbaycan Ordusunda döyüş atışlı gecə təlimi keçirilib (FOTO/VİDEO)


Digərləri 26 Dek 2018 14:10:00 437 0

Azərbaycan Ordusunda döyüş atışlı gecə təlimi keçirilib (FOTO/VİDEO)

Müdafiə nazirinin təsdiq etdiyi 2018-ci il üçün döyüş hazırlığı planına əsasən ümumqoşun poliqonunda hərbi birliyin döyüş atışlı gecə təlimi keçirilib.

Bakı. Müdafiə nazirinin təsdiq etdiyi 2018-ci il üçün döyüş hazırlığı planına əsasən ümumqoşun poliqonunda hərbi birliyin döyüş atışlı gecə təlimi keçirilib. Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, ssenariyə uyğun olaraq təlimlərə cəlb olunan motoatıcı, artilleriya, zirehli tank və mühəndis-istehkam bölmələri döyüş atışları icra edib.