Küsmüş gəlinlər bayramda "barışdılar"


Digərləri 26 Dek 2018 13:51:00 376 0

Küsmüş gəlinlər bayramda "barışdılar"

Britaniya kraliçası 2-ci Yelizavetanın ailəsi dünən ənənəyə uyğun olaraq Norfolk qraflığındakı Sendrinqem şəhərində yerləşən Müqəddəs Maqdalina kilsəsinə (St Mary Magdalene Church) yollanıb.

Son.az Daily Mail-ə istinadən bildirir ki, kraliçanın əri, 97 yaşlı şahzadə Filipp builki ayinə qatılmamışdı. Onun səhhətində problemlər var və bu səbəbdən Bukinhem sarayında qalıb.

Reportyorların diqqəti şahzadə Uilyamın xanımı, 36 yaşlı Kembric hersoginyası Keyt Middltonda və şahzadə Harrinin xanımı, 37 yaşlı Sasseks hersoginyası Meqan Marklda idi.

1940-cı illər stilində geyinmiş K.Middltonun əynində "Satherine Walker" paltosu, "Gianvito Rossi" tufliləri vardı. O, əlində "Mulberry" klatçını tutmuşdu.

Hamilə hersoginya Meqana gəldikdə isə, o, tünd göy rəngi seçmişdi.