Bakı Ali Neft Məktəbi Dayanıqlı İnkişaf haqqında hesabat hazırladı


Digərləri 26 Dek 2018 13:55:00 285 0

Bakı Ali Neft Məktəbi Dayanıqlı İnkişaf haqqında hesabat hazırladı

Bakı Ali Neft Məktəbi tərəfindən 2017/2018-ci tədris ili üzrə "Dayanıqlı İnkişaf haqqında hesabat" hazırlanıb. BANM Azərbaycanda bu hesabatı hazırlayan ilk ali təhsil müəssisəsidir.

Son.az xəbər verir ki, BANM üçün hazırlanmış Dayanıqlı İnkişaf haqqında hesabatın əsas məqsədi Ali Məktəbin iqtisadi, sosial və ekoloji sahələrdə fəaliyyətin nəticələrini şəffaf bir şəkildə açıqlamaqdır. Hesabatda Dayanıqlı İnkişaf məqsələrinin BANM-ın strategiyasına inteqrə olunması, Ali Məktəbin Dayanıqlı İnkişafa qarşı yanaşması, təhsil, tədqiqat, təşkilatı və əməliyyat sahələrində BANM-ın dayanıqlı inkişafı da yer alıb. Bu hesabat Ali Məktəbin korporativ məsuliyyətinin göstəricisi və onun fəaliyyətinin dünya standartlarına uyğun təşkil olunmasının sübutudur. Hazırlanmış hesabat BANM-ın Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf məqsədlərinə verilən bir töhfədir. Ali Məktəb bu hesabatı hər iki ildən bir hazırlamağı öz öhdəliyinə götürüb və digər müəssisələri də Dayanıqlı İnkişaf üzrə Hesabat hazırlamağa çağırır.