Bu il Azərbaycanın hava məkanından rekord sayda təyyarə istifadə edib


Digərləri 26 Dek 2018 13:46:00 291 0

Bu il Azərbaycanın hava məkanından rekord sayda təyyarə istifadə edib

"Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsinin (AZANS) 2018-ci il üzrə statistik məlumatlarına əsasən, Azərbaycanın hava məkanından ümumilikdə 150 min reys istifadə edib. Onlardan 95 mini tranzit reyslərin payına düşür.

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, bu göstərici AZANS-ın bütün fəaliyyəti dövründə ən rekord göstərici olub. Sutka ərzində rekord say 500 reys təşkil edib.

Həmin reyslərlə ümumilikdə 26 milyon sərnişin daşınıb. 6 min aviareys ən iri "Airbus A380" sərnişin laynerləri vasitəsilə yerinə yetirilib.

Hava hərəkəti üzrə statistik məlumatlar 2017-ci ilin göstəricilərindən 7,5 dəfə çoxdur. Bu ilin fevralında Heydər Əliyev Beynəlxalq Hava Limanının ərazisində Azərbaycan Hava Məkanından İstifadə, Strategiya və İnkişaf üzrə Səmərəlilik Mərkəzinin (ASEC) açılması ölkəmiz vasitəsilə tranzit axınını xeyli artırmağa imkan verib.


Xəbərə aid fotolar