Mərkəzi Bank uçot dərəcəsini dəyişmədi


Digərləri 26 Dek 2018 13:38:00 479 0

Mərkəzi Bank uçot dərəcəsini dəyişmədi

Mərkəzi Bankının İdarə Heyəti faiz dəhlizi parametrlərinin dəyişməz saxlanılması haqda qərar qəbul edib.

Bankdan Son.az-a verilən məlumata görə, qərara əsasən uçot dərəcəsi 9.75%, faiz dəhlizinin yuxarı həddi 11.75%, aşağı həddi isə 7.75% (±2%-lik simmetrik diapazonda) səviyyəsində saxlanılıb. Qərar 26 dekabr 2018-ci il, saat 14.00-dan qüvvəyə minir.

İdarə Heyətinin pul siyasətinə həsr edilmiş son toplantısından keçən dövrdə inflyasiya azalmaqda davam edib. Son iki ayda inflyasiyada azalma meyili davam edib. 2018-ci ilin 11 ayında orta illik inflyasiya 2.3% təşkil edib ki, bu da hədəf intervalından əhəmiyyətli aşağıdır. İlin sonuna orta illik inflyasiyanın təxminən hazırki səviyyədə qalacağı gözlənilir.