Stansiyada həyəcanlı anlar:


Digərləri 26 Dek 2018 13:24:00 476 0

Stansiyada həyəcanlı anlar:

21 yaşlı qadın platformada, onlarla insanın içində doğdu

Qadın qatar plaformasında onlarla insanın içində doğum edib.

Son.az Sputniknews-a istinadla xəbər verir ki, hadisə iki gün əvvəl Hindistanın Maxaraştra ştatının Mumbay şəhərində baş verib.

21 yaşlı qadın "Dadar" adlı qatar stansiyasının platformasında, sərnişinlərin arasında uşaq dünyaya gətirib.

ANI informasiya agentliyinin məlumatına görə, doğuşdan sonra Geeta Deepak Wagare adlı qadın və körpə yaxınlıqdakı xəstəxanaya çatdırılıblar. Onların hər ikisinin vəziyyəti yaxşıdır.