Yol polisinin avtomobil parkına yeni "Mercedes" avtomobilləri əlavə olunacaq


Digərləri 26 Dek 2018 13:05:00 496 0

Yol polisinin avtomobil parkına yeni "Mercedes" avtomobilləri əlavə olunacaq

2019-ci ilin əvvəlində Azərbaycanda yol polisinin avtomobil parkına yeni "Mercedes" avtomobilləri əlavə olunacaq

Bakı. Hüseyn Vəliyev - 2019-ci ilin əvvəlində Azərbaycanda yol polisinin avtomobil parkına yeni "Mercedes" avtomobilləri əlavə olunacaq. Bu barədə Trend-ə Respublika Dövlət Yol Polisi İdarəsindən bildiriblər. Avtomobillər Daxili İşlər Nazirliyinin Maddi-texniki təminat şöbəsinə təhvil verilib. Bunlar müasir “i-Patrul” sistemi ilə təchiz olunub ki, bu sistem yol hərəkəti qaydalarına əməl olunmasına nəzarət prosesini tam avtomatlaşdırmağa imkan verəcək. Əgər indi “i-Patrul” sistemi 6 kamera ilə istifadə olunursa, gələn il bu sistem 9 kamera ilə təchiz olunacaq.