Onlarla "bomj" yeni ili lüks otaqlarda keçirəcək


Dünya 26 Dek 2018 12:44:00 502 0

Onlarla "bomj" yeni ili lüks otaqlarda keçirəcək

İngiltərədə küçədə yaşayan "bomj"ların Yeni il gecəsini oteldə keçirməsi üçün pul toplanıb.

Son.az xarici mətbuata istinadla xəbər verir ki, bomjlara "ev sahibliyi" etməyi "Royal Hotel" öz üzərinə götürüb.

Lakin bir neçə gün əvvəl otel meneceri sifarişləri ləğv edib və evsizləri otaqlarda qəbul edə bilməyəcəyini söyləyib. O bildirib ki, "bomj"lar oteli natəmiz hala salacaqlar.

Bu zaman "Hilton" oteli təqdirəlayiq addım atıb. Otel evsizləri yeni il ərəfəsində pulsuz olaraq qonaq edəcəyini açıqlayıb.


Xəbərə aid fotolar