26 yaşlı aktrisanın 8 yaşında qızı olduğu üzə çıxdı


Şou-biznes 26 Dek 2018 12:39:00 333 0

26 yaşlı aktrisanın 8 yaşında qızı olduğu üzə çıxdı

"Təhminə və Zaur" serialında Gülnar obrazını canlandıran 26 yaşlı aktrisa Nərgiz Əliyevanın 8 yaşlı qızı olduğu üzə çıxıb.

Son.az publika-ya istinadən xəbər verir ki, tədbirlərin birinə qızı Jasminlə birlikdə gələn aktrisa suallara cavab verib:

"Deyirlər ki, "Maşın şou"dan çıxdıqdan sonra psixoloji baxımdan sarsılırsan, özünə gəlmək üçün vaxt lazım olur. Lakin məndə belə bir problem baş vermədi. Əksinə, yeni dostlar qazandım. Bir neçə gün dincəldikdən sonra işimin başına qayıdacam".

Aktrisa daha sonra "Təhminə və Zaur" serialındakı açıq səhnələrdən danışıb: "Bəzi səhnələr tamaşaçılar tərəfindən qəbul edilmir. Lakin sevgi mövzusunda serial çəkilirsə, orda müəyyən qaydalardan kənara çıxmamaq şərti ilə intim səhnələrinin olması normaldır. Ümumiyyətlə, həmişə elə rollar seçirəm ki, ailəmdə problem yaranmasın".


Xəbərə aid fotolar