Şaxta baba və Qar qız Bakı Metropolitenində olacaqlar,


Digərləri 26 Dek 2018 12:21:00 543 0

Şaxta baba və Qar qız Bakı Metropolitenində olacaqlar,

Bakı Metropoliteni hər il olduğu kimi bu il də metro stansiyalarında azyaşlı sərnişinləri sevindirəcək.

Son.az xəbər verir ki, bu barədə Trend-ə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və 1 yanvar - Yeni il münasibətilə metro stansiyalarında Şaxta baba və Qar qız sərnişinlərin görüşünə gələcək: "Hər il olduğu kimi, bu il də "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti balaca sərnişinlərini sevindirəcək. Şaxta baba və Qar qız balaca sərnişinlərlə görüşəcək və onlara müxtəlif oyuncaq və hədiyyələr verəcək".