Döyülən müğənni bütün həqiqətləri danışdı: “45 dəqiqə...”


Digərləri 26 Dek 2018 11:54:00 278 0

Döyülən müğənni bütün həqiqətləri danışdı: “45 dəqiqə...”

Aktyor Əhməd Kural tərəfindən şiddətə məruz qalan müğənni Sıla Gençoğlu etiraf edib ki, hadisədən 5 dəqiqə əvvəl evlilik və uşaq haqqında söhbət ediblər.

Son.az publika-ya  istinadən xəbər verir ki, son günlər gündəmdən düşməyən müğənni Sıla Əhməd Kuralla münasibətləri haqqında ilk dəfə tanmış jurnalist Ayşe Armana müsahibə verib:

"Öz içimdə çox getdim-gəldim. Kənardan baxmaqla, hadisənin içində olmaq, həqiqətən, bir-birindən çox fərqli şeylərdir. Beləliklə, "Şikayətçi olum, yoxsa olmayım?" deyə çox düşündüm. Mən şəxsi və iş həyatını ailəsiylə paylaşan biri deyiləm, amma bu hadisədə özümü çox yorğun, demək olar ki, ölü kimi hiss etdiyim üçün anama, atama danışdım. Daha doğrusu, anam, səsimdən bir qəribəlik olduğunu anladı və birdən içimi boşaltdım. Anam mənə qarşı çox həssasdır. Anam, atam, xalam, hətta sonda nənəmin başıma gələnlərdən xəbəri oldu. Və o andan etibarən mənə çox dəstək oldular.

Bir qadının arxasında ona sonuna qədər dayaq olan ailəsinin olması çox böyük şansdır. Mən bu günə qədər kimsədən şiddət görməmişəm. Ailəm mənə bir çırtma belə vurmayıb. Son dərəcə mədəni insanlardır. Ətrafımda də belə şeylər baş verdiyini görməmişəm. Telefonda danışdığım üçün məni görənə qədər hadisənin miqyasını tam anlamadılar. Əlbəttə ki, məni görəndə bunun itələmə olmadığını anladılar".

Sıla bildirib ki, 45 dəqiqə sevgilisinin şiddətinə məruz qalıb: