Komitə: "Azərbaycandakı sabitliyi, inkişafı gözü götürməyən qüvvələr dini zəmində də ölkəyə təsir göstərməyə çalışırlar"


Digərləri 26 Dek 2018 11:59:00 499 0

Komitə: "Azərbaycandakı sabitliyi, inkişafı gözü götürməyən qüvvələr dini zəmində də ölkəyə təsir göstərməyə çalışırlar"

Dünyada müxtəlif qüvvələr öz geosiyasi maraqlarını həyata keçirmək üçün din amilindən təhlükəli formada istifadə edirlər.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov "Din və ideoloji təhlükəsizlik" mövzusunda keçirilən konfransda deyib.

S.Heydərov bildirib ki, dünyada dini zəmində baş verən münaqişələr nəinki genişlənir, eyni zamanda dərinləşir. O qeyd edib ki, zamanında bu cür münaqişələrin qarşısı alınsaydı, bu gün dünyada bu qədər münaqişə ocaqları olmazdı.